UEFA-nın "Qarabağ"ın futbolçusu ilə bağlı qərar verəcəyi iclas təxirə salınıb

UEFA-nın "Qarabağ"ın futbolçusu ilə bağlı qərar verəcəyi iclas təxirə salınıb İntizam Komitəsinin noyabrın 10-a təyin edilən toplantısı ayın 16-na keçirilib
Futbol
13 Noyabr , 2017 15:09
UEFA-nın Qarabağın futbolçusu ilə bağlı qərar verəcəyi iclas təxirə salınıb

Bakı. 13 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının IV turunda İspaniyada “Atletiko” ilə görüş zamanı qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Pedro Enrike ilə bağlı məsələyə dair iclasını təxirə salıb. 

Qitə futbol qurumunun mətbuat xidmətindən “Report”a verilən məlumat görə, UEFA İntizam Komitəsinin noyabrın 10-a təyin edilmiş iclası noyabrın 16-na keçirilib. Təxirəsalmanın səbəbi açıqlanmır. 

Qeyd edək ki, Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçinin cəzası ən azı bir oyun olacaq. Lakin UEFA Pedro Enrike ilə bağlı yekun qərarı İntizam Komitəsinin verəcəyini açıqlayıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub.

Son xəbərlər

Orphus sistemi