Yuxarı
    Bağlamaq

    UEFA-nın hazırkı rəhbəri növbəti prezident seçkilərində yeganə namizəd olacaq

    Dinlə
    © AA

    Bakı. 8 noyabr. REPORT.AZ/ UEFA-nın hazırkı rəhbəri Aleksandr Ceferin qurumda keçiriləcək növbəti prezident seçkilərində yeganə namizəd olacaq. 

    "Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, noyabrın 7-də ərizə qəbulu başa çatıb. UEFA-nın növbəti prezident seçkiləri 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romadakı Konqresdə keçiriləcək. 

    Qeyd edək ki, Aleksandr Ceferin 2016-cı ildə UEFA-nın prezidenti seçilib. O, quruma üzv olan milli assosiasiyalardan 42-nin səsini alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi