UEFA-nın Çempionlar Liqasının finalçılarına verəcəyi biletlərin sayı müəyyənləşib

UEFA-nın Çempionlar Liqasının finalçılarına verəcəyi biletlərin sayı müəyyənləşib Bakı. 2 may. REPORT.AZ/ Çempionlar Liqasının finalında çıxış edəcək klubların hər birinə UEFA 17 min bilet verəcək.
Futbol
2 May , 2018 13:44
UEFA-nın Çempionlar Liqasının finalçılarına verəcəyi biletlərin sayı müəyyənləşib

Bakı. 2 may. REPORT.AZ/ Çempionlar Liqasının finalında çıxış edəcək klubların hər birinə UEFA 17 min bilet verəcək. 

"Report"un məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdəki 63 min tamaşaçı tutumuna malik "Olimpiyski" stadionunda keçiriləcək həlledici qarşılaşma üçün 40 min 700 bilet satmağı planlaşdırır. Digər yerlər isə KİV-ə, sponsorlara və UEFA-ya üzv olan milli assosiasiyalara ayrılacaq.

Yarımfinal mərhələsində Almaniyanın "Bavariya" komandasını mübarizədən kənarlaşdıran İspaniya "Real Madrid"i bu gündən bilet satışına başlaya bilər. Digər finalçı bu gecə İtaliyada "Roma" ilə İngiltərə "Liverpul"u arasındakı cavab görüşündən sonra müəyyənləşəcək. 

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 26-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi