UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsaitin məbləği məlum olub

UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsaitin məbləği məlum olub 37 milyon 48 min 16 manatdan 33 milyon 350 min 68 manatı "Qarabağ"ın hesabına köçürülüb
Futbol
7 Mart , 2018 10:45
UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsaitin məbləği məlum olub

Bakı. 7 mart. REPORT.AZ/ 2017-ci il ərzində futbol klublarına UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri 37 milyon 48 min 16 manat təşkil edib. 

"Report" xəbər verir ki, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə İllik Hesabatında bildirilir. Rəsmi sənədə əsasən, məbləğin 33 milyon 350 min 68 manatı "Qarabağ"ın, 1 milyon 570 min 640 mananatı "Qəbələ"nin, 996 min 626 manatı "Zirə"nin, 858 min 484 manatı "Keşlə"nin, hərəyə 202 min 957 manatı "Neftçi" və "Kəpəz"in, hərəyə 138 min 142 min manatı "Sumqayıt" və "Şüvəlan"ın hesabına köçürülüb.

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klubların hesabına köçürülüb. I Divizionda iştirak edən 5 kluba və Premyer Liqada iştirak edən iki kluba SOCAR tərəfindən ayrılan 5 milyon 777 min 796 manat maliyyə vəsaiti AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klubların hesabına köçürülüb.

Premyer Liqada iştirak etmiş "İnter" klubuna 2016-2017-cı il mövsümünü başa vurmaq üçün klubun sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrılan 500 min manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb. 

Son xəbərlər

Orphus sistemi