Yuxarı

UEFA-nın ayırdığı vəsait "İnter”-in hesabına köçürülüb

Klub üçün daxil olan ümumi vəsait 708.970 avro olub

Bakı. 21 yanvar. REPORT.AZ/ "İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, klub üçün daxil olan ümumi vəsait 708.970 avro olub.

Bunun 40.000 avrosu 2015/16 Avropa Liqasında uzun məsafəli səyahət üçün kompensasiya, 630.000 avrosu Avropa Liqasında iştiraka görə ümumi ödəniş (solidar ödəniş), 38.970 avrosu isə Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsaitdən ibarət olub. "İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi