UEFA "Apollon" - "Qəbələ" matçı ilə bağlı 3 intizam işi açıb

UEFA "Apollon" - "Qəbələ" matçı ilə bağlı 3 intizam işi açıb Cavid Hüseynovun və kiprli azarkeşlərin hərəkətinə baxılacaq
Futbol
5 Avqust , 2015 16:21
UEFA Apollon - Qəbələ matçı ilə bağlı 3 intizam işi açıb

Bakı. 5 avqust. REPORT.AZ/ UEFA Kiprin "Apollon" və Azərbaycanın "Qəbələ" klubları arasında keçirilmiş Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı yerli azarkeşlərin hərəkətləri ilə bağlı qərarı gələn həftə verəcək. Bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-dan bildirilib.

Rəsmi açıqlamada deyilir ki, "Apollon"a qarşı meydana yad əşyaların atılması və kənar şəxslərin daxil olması maddələri ilə intizam işi açılıb. İşə avqustun 13-də baxılacaq. Kipr komandası isə "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun yolverilməz jestinə etiraz edib. Etirazla bağlı qərar bu gün veriləcək. 

Qeyd edək ki, Cavid Hüseynov oyunun uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirdikdən sonra kiprli fanatlara qarşı qeyri-etik jest edib. "Qəbələ"nin kapitanı bu addımını oyunboyu özlərinin və Azərbaycan bayrağının təhqirlərə məruz qalması ilə əlaqələndirib. 

Son xəbərlər

Orphus sistemi