​UEFA Monteneqroya texniki məğlubiyyət verib

​UEFA Monteneqroya texniki məğlubiyyət verib Komanda, həmçinin növbəti iki oyunu tamaşaçısız keçirəcək
Futbol
8 Aprel , 2015 22:43
​UEFA Monteneqroya texniki məğlubiyyət verib

Bakı. 8 aprel. REPORT.AZ/ UEFA Avro - 2016-nın seçmə mərhələsində Rusiya ilə keçirilən oyunda Monteneqro yığma komandasına rəsmi olaraq məğlubiyyət verib.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Həmçinin Monteneqro növbəti iki oyununu boş tribunalar önündə keçirməli olacaq və 50 min avro cərimə ödəyəcək. Eyni zamanda ikinci oyuna görə cəza iki illik sınaq müddəti ilə şərtidir.

Rusiya Futbol Federasiyası da 25 min avro məbləğində cərimə edilib.

Qeyd edək ki, Monteneqro-Rusiya matçında qapıçı Akinfeyevin başına yad cism atılması səbəbindən oyun yarımçıq saxlanmışdı. Sonradan davam edən matç 67-ci dəqiqədə tribunalarda qarşıdurmalar səbəbindən birdəfəlik dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi