UEFA Millətlər Liqasının tam təqvimi açıqlanıb

UEFA Millətlər Liqasının tam təqvimi açıqlanıb Azərbaycan yığmasının ev oyunları fərqli saatlara təsadüf edəcək
Futbol
25 Yanvar , 2018 10:01
UEFA Millətlər Liqasının tam təqvimi açıqlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsinin tam təqvimi təsdiqlənib. "Report"un məlumatına görə, Avropa saatı ilə açıqlanan oyun saatları müxtəlif vaxtlara təsadüf edəcək.

Azərbaycan millisinin ilk oyunu sentyabrın 7-də Kosovoya qarşı olacaq. Görüş Avropa vaxtı ilə saat 18:00-da başlanacaq. Həmin vaxt Azərbaycanla Avropa arasındakı saat fərqi 2-yə enəcəyindən, bu, start fitinin saat 20:00-da çalınacağı deməkdir. Oktyabrın 14-də Malta ilə ev oyunu da eyni saatda başlanacaq. Lakin Qurban Qurbanovun baş məşqçi olduğu komanda noyabrın 17-də Farer adalarını Bakı vaxtı ilə saat 21:00-da qəbul edəcək. Hər 3 rəqiblə səfər matçları isə Avropa vaxtı ilə saat 20:45-də başlanacaq.

Millətlər Liqasının tam təqvimi:

Son xəbərlər

Orphus sistemi