UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib

UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib Türkiyə Rusiyaya uduzub, Farer adaları qrup lideri olub
Futbol
8 Sentyabr , 2018 01:34
UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, D Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyununda Farer adaları Maltanı qəbul edib.

Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. Qrupun digər oyununda Azərbaycan Kosovo ilə heç-heçə etdiyindən, ada komandası 3 xalla liderliyi ələ alıb. Kosovo və Azərbaycan hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Sonuncu pillədəki Malta isə xalsızdır.

A Liqasının 3-cü qrupunda İtaliya və Polşa yığmaları arasındakı görüşdə qalib müəyyənləşməyib. Meydan sahibləri məğlubiyyətdən penalti qolu ilə yaxa qurtarıblar.

B Liqasında Türkiyə millisi evdə Rusiyaya uduzub. Qonaq komandadan dünya çempionatının tapıntıları Denis Çerışev və Artyom Dzyubanın qolları qarşılığında "ay-ulduzlular"dan Serdar Aziz fərqlənə bilib.

C Liqasının 1-ci qrupunda Albaniya millisi İsraili minimal hesabla yenməyi bacarıb. Meydan sahiblərindən "Qarabağ"ın futbolçusu Ansi Aqolli sonadək ehtiyatda qalıb. 4-cü qrupda Litva eyni hesabla Serbiyaya uduzub. Rumıniya isə Monteneqronun müqavimətini qıra bilməyib - 0:0.

7 sentyabr

A Liqası

3-cü qrup

22:45. İtaliya – Polşa - 1:1

Qollar: Jorjinyo, 78 (p.) - Pyotr Zelinski, 40

B Liqası

2-ci qrup

22:45. Türkiyə - Rusiya - 1:2

Qollar: Serdar Aziz, 41 - Denis Çerışev, 13. Artyom Dzyuba, 49

C Liqası

1-ci qrup

22:45. Albaniya – İsrail - 1:0

Qol: Taulant Caka, 55

4-cü qrup

22:45. Litva - Serbiya - 0:1

Qol: Duşan Tadiç, 38 (p.)

22:45. Rumıniya - Montoneqro - 0:0

D Liqası

3-cü qrup

20:00. Azərbaycan - Kosovo - 0:0

22:45. Farer adaları - Malta - 3:1

Qollar: Yohan Edmundsson, 31. Rene Yonsen, 38. Hallur Hansson, 52 - Maykl Mifsud, 42

Son xəbərlər

Orphus sistemi