UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib

UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib Bakı. 11 sentyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib.
Futbol
11 Sentyabr , 2018 00:58
UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib.

"Report" xəbər verir ki, ikinci oyun günündə 4 liqada 8 qarşılaşma baş tutub.

A Liqasında 3-ci qrupun görüşündə Portuqaliya İtaliyanı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Portuqaliya 3 xalla liderliyi ələ alıb. İtaliya və Polşanın isə hərəyə 1 xalı var.

B liqasının 2-ci qrupunda Türkiyə millisi səfərdə İsveçlə qarşılaşıb. Matç Türkiyənin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. 75-ci dəqiqədəyədək 0:2 hesabı ilə geridə olan "ay-ulduzlular" qalan bölümdə 3 qol vurmağı bacarıb. Qrupda Rusiya və Türkiyə yığmasının 3 xalı var. İsveçin isə xalı yoxdur.

C Liqasının 1-ci qrupunda "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin yenə ehtiyatda qaldığı oyunda Albaniya millisi səfərdə Şotlandiyaya uduzub - 0:2. 3-cü qrupda isə Monteneqro Litvanı 2:0 hesabı ilə yendiyi halda, Serbiya Rumıniya ilə bacarmayıb - 2:2.

Nəhayət, D Liqasının 1-ci qrupunda Qazaxıstan səfərdə Andorranı yenə bilməyib. Orta asiyalılar Latviya ilə birgə hərəyə 1 xalla 3-4-vü pillələri bölüşürlər. Qrupa 6 xalla Gürcüstan başçılıq edirsə, Andorranın 2 xalı var.

3-cü qrupda Azərbaycan millisi səfərdə Malta ilə 1:1 hesablı heç-heçə edib. Kosovo isə Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gələrək, liderliyi ələ alıb.

UEFA Millətlər Liqası, II tur

A Liqası

3-cü qrup

Portuqaliya - İtaliya - 1:0

Qol: Andre Silva, 48

Xal durumu: Portuqaliya - 3 xal (1 oyuna), İtaliya - 1 (2), Polşa - 1 (1)

B Liqası

2-ci qrup

İsveç - Türkiyə - 2:3

Qollar: İsaak Telin, 35. Viktor Klaesson, 49 - Hakan Çalhanoğlu, 51. Emre Akbaba, 88; 90+2

Xal durumu: Rusiya - 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç - 0 (1).

C Liqası

1-ci qrup

Şotlandiya - Albaniya - 2:0

Qollar: Berat Cimşiti, 47 (öz qapısına). Stiven Neysmit, 68

Xal durumu: Şotlandiya - 3 xal (1 oyuna), Albaniya - 3 (2), İsrail - 0 (1)

4-cü qrup

Serbiya - Rumıniya - 2:2

Qollar: Aleksandar Mitroviç, 26; 63 - Nikolae Stanku, 48 (p.). Tsukudyan George, 68

Monteneqro - Litva - 2:0

Qollar: Stefan Saviç, 34 (p). Marko Yankoviç, 35

Xal durumu: Monteneqro - 4 xal, Serbiya - 4, Rumıniya - 2, Litva - 0

D Liqası

1-ci qrup

Andorra - Qazaxıstan - 1:1

Qollar: Jordi Allaez, 85 - Yuri Loqvinenko, 68

Xal durumu: Gürcüstan - 6 xal, Andorra - 2, Latviya - 1, Qazaxıstan - 1.

3-cü qrup

Malta - Azərbaycan - 1:1

Qollar: Andrey Acus, 10 (p.) - Təmkin Xəlilzadə, 26

Kosovo - Farer adaları - 2:0

Qollar: Arber Zeneli, 50. Atdhe Nuhiu, 54

Xal durumu: Kosovo - 4 xal, Farer adaları - 3, Azərbaycan - 2, Malta - 1.

Son xəbərlər

Orphus sistemi