UEFA Millətlər Liqası: Kosovo yığması Azərbaycan millisinə böyük hesabla qalib gəlib - VİDEO - FOTO

UEFA Millətlər Liqası: Kosovo yığması Azərbaycan millisinə böyük hesabla qalib gəlib - VİDEO - FOTO Bakı. 21 noyabr. REPORT.AZ/ Kosovo yığması UEFA Millətlər Liqasının VI tur matçında Azərbaycan millisinə böyük hesabla qalib gəlib.
Futbol
21 Noyabr , 2018 01:38
UEFA Millətlər Liqası: Kosovo yığması Azərbaycan millisinə böyük hesabla qalib gəlib - VİDEO - FOTO

Bakı. 21 noyabr. REPORT.AZ/ Kosovo yığması UEFA Millətlər Liqasının VI tur matçında Azərbaycan millisinə böyük hesabla qalib gəlib.  

"Report" xəbər verir ki, meydan sahiblərinin heyətində 10 nömrəli oyunçu Arber Zeneli 3 dəfə, 13 nömrəli oyunçu Amir Rrahmani isə 1 dəfə fərqlənib.

Qarşılaşma Kosovo yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.


***1:19

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçda hesab 4:0-a çatıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli qarşılaşmanın 76-cı dəqiqəsində matçda 3-cü qolunu vurub.

Kosovo - Azərbaycan - 4:0


***1:05

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn KosovoAzərbaycan yığmaları arasında matçda hesab 3:0-a çatıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 13 nömrəli oyunçusu Amir Rrahmani qarşılaşmanın 61-ci dəqiqəsində meydan sahiblərini növbəti dəfə hesabda irəli çıxarıb. Kosovo - Azərbaycan - 3:0


***00:54

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçda hesab növbəti dəfə artıb. 

"Report" xəbər verir ki, meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli qarşılaşmanın 50-ci dəqiqəsində komandasını ikinci dəfə hesabda irəli çıxarıb: 2:0


***00:48

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçın ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, ilk hissədə meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli komandasını hesabda irəli çıxarıb: 1:0.

 İlk hissə bu hesabla da yekunlaşıb.


***00:32

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçın birinci hissəsi başa çatıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli komandasını hesabda irəli çıxarıb: 1:0.

Azərbaycan yığması ilk hissədə rəqib komandanın qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı aça bilməyib. İlk hissə bu hesabla da başa çatıb.


***23:49

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçda hesab açılıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli komandasını hesabda irəli çıxarıb: 1:0.


***23:46

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında oyun başlayıb.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağıdır.

Kosovo: 12. Ariyanet Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Milot Raşitsa, 10. Arber Zeneli, 13. Amir Rrahmani, 14. Valon Berişa (k.), 15. Mergim Voyvoda, 17. Benjamin Kololli, 18. Vedat Muriqi

Ehtiyat oyunçular: 1. Samir Uykani, 16. Visar Bekay, 2. Arbenit Cemayli, 4. İdriz Voka, 8. Besar Halimi, 9. Şkelqim Demhasay, 11. Donis Avdiyay, 19. Leart Paqarada, 20. Mirlind Kryeziu, 21. Atdhe Nuhiu, 22. Edon Jeqrova, 23. Lirim Kastrati

Baş məşqçi: Bernar Şalland

Azərbaycan: 23. Səlahət Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev (k.), 6. Bədavi Hüseynov, 7. Аraz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Emil Balayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirsahib Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.

UEFA Millətlər Liqası

D liqası, III Qrup

VI tur

23:45. Kosovo - Azərbaycan

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu

Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed

Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. “Fadil Vokrri” stadionu

Son xəbərlər

Orphus sistemi