UEFA Millətlər Liqası: Kosovo ilə oyun ərəfəsində Azərbaycan yığmasının heyətində dəyişiklik olub

UEFA Millətlər Liqası: Kosovo ilə oyun ərəfəsində Azərbaycan yığmasının heyətində dəyişiklik olub Bakı. 18 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo ilə keçirəcəyi son oyun ərəfəsində Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.
Futbol
18 Noyabr , 2018 16:31
UEFA Millətlər Liqası: Kosovo ilə oyun ərəfəsində Azərbaycan yığmasının heyətində dəyişiklik olub

Bakı. 18 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo ilə keçirəcəyi son oyun ərəfəsində Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin ("Keşlə”) əvəzinə millinin heyətinə "Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub. Məmmədəliyev klubunun düşərgəsindən birbaşa hava limanına gəlib.

Qeyd edək ki, noyabrın 20-də Priştinada keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi