UEFA "Milan"ı hazırkı mövsümün gəlirindən məhrum edib

UEFA "Milan"ı hazırkı mövsümün gəlirindən məhrum edib Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA İtaliyanın Milan klubunu cəzalandırıb.
Futbol
14 Dekabr , 2018 17:43
UEFA Milanı hazırkı mövsümün gəlirindən məhrum edib
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA İtaliyanın "Milan" klubunu cəzalandırıb. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, buna klubun maliyyə "fair-play" qaydalarına riayət etməməsi səbəb olub. 

UEFA İtaliya təmsilçisini bu mövsüm üçün Avropa Liqasındakı gəlirdən - 12 milyon avrodan məhrum edib. Komanda növbəti iki mövsümdə avrokuboklarda 21 futbolçu sifariş verə biləcək. "Milan" 2021-ci il iyunun 30-dək maliyyə "fair-play" məsələsini düzəltməsə, 2022/2023 və 2023/2024 mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək. 

Qeyd edək ki, "Milan" cari mövsüm Avropa Liqasının F qrupunda Yunanıstan "Olimpiakos"una 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi