UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər

UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər Futbol qurumu klubun könüllü müqavilə üzrə təklifini rədd edib
Futbol
23 May , 2018 01:46
UEFA Milanı Avropa Liqasından kənarlaşdıra bilər

Bakı. 22 may. REPORT.AZ/ UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.

“Report” xəbər verir ki, indi "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.

Bildirilir ki, "Milan"ı ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir. "Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində "Atalanta", təsnifat mərhələsində isə "Fiorentina" çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi