UEFA Messi və "Barselona"nın daha 10 futbolçusunu dopinq yoxlamasından keçirib

UEFA Messi və "Barselona"nın daha 10 futbolçusunu dopinq yoxlamasından keçirib Futbolçulardan gözlənilmədən qan və sidik analizları götürülüb
Futbol
31 Mart , 2018 03:23
UEFA Messi və Barselonanın daha 10 futbolçusunu dopinq yoxlamasından keçirib

Bakı. 31 mart. REPORT.AZ/ Hücumçu Lionel Messi də daxil olmaqla İspaniyanın "Barselona" klubunun birdən-birə 11 futbolçusu cümə günü UEFA nümayəndələrinin dopinq nəzarəti prosedurundan keçib.

“Report” xəbər verir ki, bu barədə Kataloniya komandasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilir ki, anti-dopinq yoxlamasına argentinalı futbolçu ilə yanaşı Şteqen, Pike, Rakitiç, Buskets, İnyesta, Suares, Dembele, Alba, S. Roberto və Yumtiti məruz qalıb. Futbolçulardan qan və sidik analizları götürülüb.

"Barselona" futbolçuları dopinq nəzarət prosedurundan ölkə çempionatının 30-cu turu çərçivəsində "Sevilya" ilə martın 31-nə nəzərdə tutulan səfər qarşılaşması öncəsi keçiblər.

Bu görüşdən sonra Kataloniya komandası aprelin 4-də öz meydanında Çempionlar Liqasının ¼ finalı çərçivəsində "Roma"nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi