UEFA "Lion" klubunu cəzalandıra bilər

UEFA "Lion" klubunu cəzalandıra bilər Fransa təmsilçisinin fanatları stadiona əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər
Futbol
19 Mart , 2018 18:25
UEFA Lion klubunu cəzalandıra bilər

Bakı. 19 mart. REPORT.AZ/ UEFA İntizam Komitəsi Fransanın "Lion" klubuna qarşı intizam işi açıb. 

"Report"un məlumatına görə, səbəb klub azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində MOİK-lə matçda bir sıra qayda pozuntuları etməsidir.

Fransa təmsilçisinin fanatları stadiona əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Onlar həmçinin futbolçulara qarşı irqçi ifadələr səsləndirərək stadionun tribunalarını bloklayıblar. Bu məsələyə mayın 31-də baxılacaq.

Qeyd edək ki, Fransanın "Lion" klubu Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında səfərdə Rusiyanın MOİK klubunu 1:0 hesabı ilə məğlub etsə də, doğma azarkeşlər önündə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi