Yuxarı
    Bağlamaq

    ​UEFA Krımda yeni çempionat yaradılmasını təklif edib

    İdman nazirliyinin gördüyü işin UEFA ilə əlaqəsi yoxdur

    Bakı. 23 yanvar. REPORT.AZ/ UEFA Krımda yeni futbol liqasının yaradılması təklifini irəli sürüb. "Report"un məlumatına görə, bu barədə Rusiyanın idman naziri Vitaliy Mutko açıqlama verib.

    "UEFA Krımda yeni futbol liqası yaratmaq istəyir ki, bu da Krım Futbol Federasiyasına tabe olacaq. Həftənin əvvəlində qurum prezidenti Mişel Platini ilə görüşdüm. UEFA bunun üçün lazım olan vəsaiti ayırmaq niyyətindədir. Güman ki, bu liqa müvəqqəti olaraq UEFA-ya tabe olacaq" - deyə nazir bildirib.

    V.Mutko Krımda yalnız futbolun deyil, digər idman növlərinin inkişafına da dəstək vermək niyyətində olduqlarını vurğulayıb: "Oraya 2 süni örtük göndərəcəyik. Bundan başqa Krımda futbol akademiyalarının da dəstəyə ehtiyacı var. 2016-cı ildə isə Krımda idmanı inkişaf etdirmək üçün xüsusi proqramla işlər görüləcək. İdman nazirliyinin gördüyü işin UEFA ilə əlaqəsi yoxdur. Ancaq Rusiya Futbol Federasiyası UEFA-nın qaydalarına riayət etmək məcburiyyətindədir".

    Qeyd edək ki, Ukrayna Futbol Federasiyası Krım futbolunun Rusiya tərkibində inkişaf etdirilməsinin əleyhinədir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi