Yuxarı

UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib

UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib
Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb

Bakı. 17 avqust. REPORT.AZ/ UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb. "Report"un "Kopenhagen"in rəsmi saytına istinadən verdiyi məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib. 

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.  

Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi