UEFA "Keşlə" klubunun müraciətini müsbət cavablandırıb

UEFA "Keşlə" klubunun müraciətini müsbət cavablandırıb Kluba avrokuboklarda iştirak etməsi üçün lisenziya verilib
Futbol
15 May , 2018 12:30
UEFA Keşlə klubunun müraciətini müsbət cavablandırıb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ AFFA-nın “Keşlə” klubuna istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciəti müsbət cavablandırılıb. 

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, “Keşlə” 2018-2019 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir. AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilməsini qərara alıb. 

Qeyd edək ki, UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi