UEFA "Kəpəz"in futbolçusunun hərəkətini fair-play nümunəsi kimi təqdir edib

UEFA "Kəpəz"in futbolçusunun hərəkətini fair-play nümunəsi kimi təqdir edib Kluba məktub ünvanlanıb
Futbol
15 Dekabr , 2017 12:28
UEFA Kəpəzin futbolçusunun hərəkətini fair-play nümunəsi kimi təqdir edib

Bakı. 15 dekabr. REPORT.AZ/ UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub. "Report"un məlumatına görə, komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz” klubuna, surəti isə AFFA-ya ünvanlanıb.

Məktubda Azərbaycan Premyer Liqasının XI turun Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.

Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, lakin Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi. Futbolçunun ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi