UEFA indiyədək ilin komandasına ən çox seçilən futbolçulardan ibarət simvolik heyəti açıqlayıb

UEFA indiyədək ilin komandasına ən çox seçilən futbolçulardan ibarət simvolik heyəti açıqlayıb Bakı. 7 dekabr. REPORT.AZ/ UEFA indiyədək ilin komandasına ən çox seçilən futbolçulardan ibarət simvolik heyət müəyyənləşdirib.
Futbol
7 Dekabr , 2018 18:34
UEFA indiyədək ilin komandasına ən çox seçilən futbolçulardan ibarət simvolik heyəti açıqlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ UEFA indiyədək ilin komandasına ən çox seçilən futbolçulardan ibarət simvolik heyət müəyyənləşdirib.

"Report" xəbər verir ki, siyahıya 17 il ərzində rəmzi komandaya ən çox düşən oyunçular daxil edilib. 

Portuqaliya yığmasının və İtaliya "Yuventusu"nun ulduz futbolçusu Kriştianu Ronaldu hamıdan çox - 12 dəfə ilin "11-liy"inə seçilib.

İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi isə 9 dəfə ilin simvolik komandasında yer alıb.

Qapıçı:

İker Kasilyas - 6 (2007, 2008, 2009, 2010, 2011, 2012)

Müdafiəçilər:

Karles Puyol - 6 (2002, 2005, 2006, 2008, 2009, 2010)

Filipp Lam - 5 (2006, 2008, 2012, 2013, 2014)

Serxio Ramos - 7 (2008, 2012, 2013, 2014, 2015, 2016, 2017)

Jerar Pike - 5 (2010, 2011, 2012, 2015, 2016)

Yarımmüdafiəçilər:

Xavi Ernandes - 5 (2008, 2009, 2010, 2011, 2012)

Andres İnyesta - 6 (2009, 2010, 2011, 2012, 2015, 2016)

Stiven Cerrard - 3 (2005, 2006, 2007)

Hücumçular:

Kriştianu Ronaldu - 12 (2004, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017)

Lionel Messi - 9 (2008, 2009, 2010, 2011, 2012, 2014, 2015, 2016, 2017)

Tyerri Anri - 5 (2001, 2002, 2003, 2004, 2006)

Qeyd edək ki, UEFA 2001-ci ildən etibarən ilin komandasını müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirir.

Son xəbərlər

Orphus sistemi