UEFA İtaliyanın "Roma" klubunun 2 futbolçusunu cəzalandırıb

UEFA İtaliyanın "Roma" klubunun 2 futbolçusunu cəzalandırıb Onlar Çexiyada "Viktoriya" ilə görüşü buraxacaqlar
Futbol
3 Sentyabr , 2016 12:59
UEFA İtaliyanın Roma klubunun 2 futbolçusunu cəzalandırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ UEFA İtaliyanın "Roma" klubunun futbolçusu Daniele De Rossini Avropa Liqasından 3 oyunluq kənarlaşdırıb. "Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.

O, rəqib oyunçu Maksi Pereyraya qarşı sürüşmə fəndini kobudcasına yerinə yetirib. Zərərçəkənə əməliyyat lazım gəlib. Pereyra yaşıl meydanlardan 3 ayadək kənarda qalacaq.

Həmin matçda "Roma"nın qırmızı vərəqə alan daha bir futbolçusu Emerson isə 2 oyunluq diskvalifikasiya ilə üzləşib.

Qeyd edək ki, E qrupunda yer alan "Roma" ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt təmsilçisi "Qarabağ"ı Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış "Viktoriya"nın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi