UEFA İtaliya - ABŞ matçında VAR sistemini sınaqdan keçirəcək

UEFA İtaliya - ABŞ matçında VAR sistemini sınaqdan keçirəcək Bakı. 13 noyabr. REPORT.AZ/ UEFA İtaliya və ABŞ yığmaları arasında keçiriləcək yoldaşlıq matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək.
Futbol
13 Noyabr , 2018 15:02
UEFA İtaliya - ABŞ matçında VAR sistemini sınaqdan keçirəcək

Bakı. 13 noyabr. REPORT.AZ/ UEFA İtaliya və ABŞ yığmaları arasında keçiriləcək yoldaşlıq matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, noyabrın 20-də Belçikanın Genk şəhərində təşkil olunacaq qarşılaşmada VAR sistemindən istifadə olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. 

Qeyd edək ki, UEFA daha öncə qurumun İcraiyyə Komitəsinin iclasında 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində, 2020-ci il Avropa çempionatında, 2020-2021 mövsümündə Avropa Liqasında və 2021-ci ildə Millətlər Liqasının final mərhələsində VAR-dan istifadəyə qərar verib.

Son xəbərlər

Orphus sistemi