UEFA İngiltərə - Norveç matçı ilə bağlı tarixi qərar verib

UEFA İngiltərə - Norveç matçı ilə bağlı tarixi qərar verib Oyun 90+6-cı dəqiqədən penalti zərbəsi ilə davam etdiriləcək
Futbol
9 Aprel , 2015 18:04
UEFA İngiltərə - Norveç matçı ilə bağlı tarixi qərar verib

Bakı. 9 aprel. REPORT.AZ/ UEFA tarixində ilk dəfə matçın qalan hissəsini hakim səhvi üzündən yenidən keçirməyə qərar verib. "Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, yeniyetmə qadınlardan ibarət İngiltərə və Norveç milli komandaları arasındakı Avropa çempionatının təsnifat oyunu 90+6-cı dəqiqədən davam etdiriləcək.

Məhz həmin an baş hakim Norveç yığmasının qapısına penalti təyin edib. Zərbə dəqiq yerinə yetirilsə də, qol ləğv olunub. İngiltərə yığmasının futbolçusu vaxtından əvvəl cərimə meydanına qaçıb. Nəticədə hakim penaltini yenidən vurmağa imkan verməyərək, Norveçin xeyrinə sərbəst zərbə təyin edib. Bu vaxt skandinaviyalılar 2:1 hesabı ilə öndə olublar.

Bununla razılaşmayan İngiltərə Futbol Federasiyası apelyasiya verib. UEFA isə oyun qaydalarının pozulduğunu əsas gətirərək, matçın sonluğunun penaltinin yenidən yerinə yetirilməsi ilə başlamağa qərar verib. 

Son xəbərlər

Orphus sistemi