UEFA İcraiyyə Komitəsinin üzvü AFFA-nın Konfransında iştirak edəcək

UEFA İcraiyyə Komitəsinin üzvü AFFA-nın Konfransında iştirak edəcək Karen Espelund Bakıya gələcək
Futbol
5 Mart , 2015 13:12
UEFA İcraiyyə Komitəsinin üzvü AFFA-nın Konfransında iştirak edəcək

Bakı. 5 mart. REPORT.AZ/ UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund Bakıya gələcək. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, norveçli qonaq AFFA-nın martın 6-da keçiriləcək Növbəti Hesabat Konfransında iştirak edəcək. Bakıdakı "Park İnn" otelində təşkil olunacaq tədbir saat 11:00-da başlanacaq.  

Qeyd edək ki, bu hal ardıcıl ikinci il təkrarlanacaq. Ötənilki analoji konfransa UEFA-nın I vitse-prezidenti Şenes Erzik qatılmışdı.   

Son xəbərlər

Orphus sistemi