Bakı. 30 avqust. REPORT.AZ/ UEFA Gənclər Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində turnirdə Azərbaycanı təmsil edən "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibləri müəyyənləşib.
"Qırmızı-qaralar" ilkin mərhələdə Rusiyanın "Dinamo" (Moskva) komandası ilə üz-üzə gələcək. Bu görüşün qalibi növbəti mərhələdə "Makkabi" (Hayfa, İsrail) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Turnirin digər qruplarında isə komandalar bu cür qərarlaşıb:
1/16 final (27-28 sentyabr - 18-19 oktyabr)
1. "Nitra" (Slovakiya) - "Malaqa" (İspaniya)
2. Puşkaş akademiyası (Macarıstan) - PAOK (Yunanıstan)
3. APOEL (Kipr) - "Roma" (İtaliya)
4. "Domjale" (Sloveniya) - "Çukariçki" (Serbiya)
5. "Breydablik" (İslandiya) - "Ayaks" (Hollandiya)
6. HİK (Finlandiya) - "Kork Siti" (İrlandiya)
7. "Anderlext" (Belçika) - "Midtyulland" (Danimarka)
8. "Rusenborq" (Norveç) - AİK (İsveç)
9. "Vitorul" (Rumıniya) - "Şerif" (Moldova)
10. "Jrinski" (Bosniya və Herseqovina) - "Sürix" (İsveçrə)
11. "Zalsburq" (Avstriya) - "Vardar" (Makedoniya)
12. "Sparta" (Çexiya) - "Mladost" (Monteneqro)
13. "Qəbələ" - "Dinamo" (Moskva, Rusiya)
14. "Makkabi" (Hayfa, İsrail) - "Şaxtyor" (Soliqorsk, Belarus)
15. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Kayrat" (Qazaxıstan)
16. "Altınordu" (Türkiyə) - "Levski" (Bolqarıstan)
1/8 final mərhələsi (1-2 noyabr - 22-23 noyabr)
1 cütünün qalibi - 7 cütünün qalibi
2 cütünün qalibi - 5 cütünün qalibi
3 cütünün qalibi - 6 cütünün qalibi
8 cütünün qalibi - 4 cütünün qalibi
9 cütünün qalibi - 10 cütünün qalibi
11 cütünün qalibi - 15 cütünün qalibi
16 cütünün qalibi - 12 cütünün qalibi
13 cütünün qalibi - 14 cütünün qalibi