​UEFA FİFA ilə bağlı xüsusi toplantı keçirəcək

​UEFA FİFA ilə bağlı xüsusi toplantı keçirəcək Yığıncaq Berlində olacaq
Futbol
1 İyun , 2015 13:36
​UEFA FİFA ilə bağlı xüsusi toplantı keçirəcək

Bakı. 1 iyun. REPORT.AZ/ UEFA bu həftə Berlində xüsusi toplantı keçirəcək.

"Report" xəbər verir ki, bu haqda "İnterfax" məlumat yayıb.

Toplantıda FİFA ilə gələcək münasibətlərlə bağlı müzakirələr aparılacağı gözlənilir.

Qeyd edək ki, UEFA prezidenti Mişel Platini FİFA-ya keçirilmiş prezident seçkilərindən öncə çıxışlarında Yozef Blatteri tənqid edirdi.

Xatırladaq ki, mayın 29-da Yozef Blatter yenidən FİFA prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi