​UEFA DÇ-2018-in təsnifat mərhələsində Kosovo və Serbiyanı ayıracaq

​UEFA DÇ-2018-in təsnifat mərhələsində Kosovo və Serbiyanı ayıracaq Bu təcrübə Azərbaycan və Ermənistan arasında da tətbiq olunub
Futbol
10 İyun , 2016 01:22
​UEFA DÇ-2018-in təsnifat mərhələsində Kosovo və Serbiyanı ayıracaq

Bakı. 10 iyun. REPORT.AZ/ UEFA Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-in təsnifat mərhələsində Kosovo və Serbiya yığma komandalarını eyni qrupa salmayacaq.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

"UEFA-nın Məşvərət Şurası təhlükəsizliyi nəzərə alaraq Bosniya və Herseqovina və Serbiyanın Kosovoya qarşı oynamamaları barədə qərar qəbul edib", — deyə məlumatda bildirilir.

Bunadək İspaniya və Cəbəllütariq, Azərbaycan və Ermənistan arasında bu cür təcrübə tətbiq olunub. Rusiya və Ukrayna yığmaları da iyunun 10-da başlayacaq Avro-2016-da fərqli qruplarda yerləşdirilib.

Dünya çempionatı 14 iyun-15 iyul 2018-ci il tarixlərində Rusiyada keçiriləcək. Oyunlar 11 şəhər və 12 stadionda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi