Yuxarı

​UEFA-dan "Qarabağ"a cavab gəlib

Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciəti qəbul olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Avropa Liqasının VI turunun "Qarabağ" - "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş vermiş olayla bağlı Ağdam klubunun UEFA-ya ünvanladığı şikayət məktubuna cavab gəlib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda müraciətə 2015-ci il fevralın 5-də UEFA-nın İntizam və Nəzarət Komitəsinin iclasında baxılacağı vurğulanıb.  

"Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul olunub və UEFA-nın İntizam və Nəzarət Komitəsinin 2015-ci il fevralın 5-də baş tutacaq iclasında baxılaraq qərar veriləcək", - sənəddə bildirilir.

Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən "Qarabağ" - "İnter" oyununun son uzatma dəqiqəsində meydan sahiblərinin vurduğu təmiz qol çexiyalı baş hakim Miroslav Zelinka tərəfindən sayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi