Yuxarı

​UEFA-da Bakının "İnter" klubuna qarşı iş açılıb

Bu, klubun gecikdirilmiş maliyyə ödənişləri ilə bağlıdır

Bakı. 26 noyabr. REPORT.AZ/ UEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib.

"Report"un məlumatına görə, bunlar "Braqa" (Portuqaliya), "Tırqu-Mureş", "Astra", "Botoşani" (hər üçü Rumıniya) və "Dnepr"lə (Ukrayna) yanaşı, Azərbaycanın "İnter" komandasıdır.

Onlar 30 iyun - 30 sentyabr tarixləri aralığında vacib sahələrdə - digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdır.

Bu klublara Avrokuboklarda çıxışları qarşılığında mükafat ödənişləri müvəqqəti dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi