UEFA Çempionlar Liqasının oyunlarının istirahət günlərinə keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib

UEFA Çempionlar Liqasının oyunlarının istirahət günlərinə keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib "Yalnız final oyunu şənbə günü keçirilir və gələcəkdə də belə olacaq"
Futbol
31 May , 2017 12:01
UEFA Çempionlar Liqasının oyunlarının istirahət günlərinə keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib

Bakı. 31 may. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal oyunlarının 2021-ci ildən istirahət günlərinə keçiriləcəyi barədə iddialara münasibət bildirib. "Report"un məlumatına görə, Avropa futbol qurumunun mətbuat xidmətindən TASS-a verilən açıqlamada bu xəbər təkzib olunub. 

"UEFA 1/4 final və yarımfinal oyunlarını istirahət günləri keçirməyi planlaşdırmır. Yalnız final oyunu şənbə günü keçirilir və gələcəkdə də belə olacaq" deyə bildirilib. 

Qeyd edək ki, iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klubları Çempionlar Liqasının final matçında üz-üzə gələcəklər. 

Son xəbərlər

Orphus sistemi