UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son iki cavab qarşılaşması oynanılıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son iki cavab qarşılaşması oynanılıb “Yuventus” və “Barselona” növbəti mərhələyə çıxa biliblər
Futbol
19 Mart , 2015 01:40
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son iki cavab qarşılaşması oynanılıb

Bakı. 19 mart. REPORT.AZ/ Martın 19-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin sonuncu iki cavab qarşılaşması oynanılıb.

"Report" xəbər verir ki, “Nou Kamp” stadionunda İngiltərənin “Mançester Siti” komandasını qəbul edən İspaniyanın “Barselona” kollektivi 1:0 hesabı ilə qələbə qazanıb. 

İspan klubunun heyətində görüşün 31-ci dəqiqəsində İvan Rakitiç fərqlənib. Oyunun 88-ci dəqiqəsində “Barselona”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilsə də, qapıçı Mark-Andre ter Ştegen “Mançester Siti”nin futbolçusu Sergio Agueronun fərqlənməsinə imkan verməyib. 

İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən barselonalılar 1/4 final mərhələsinə vəsiqəni təmin ediblər.

Almaniyanın “Borrusiya” (Dortmund) komandası isə doğma meydanda İtaliyanın “Yuventus” klubuna 0:3 hesabı ilə məğlub olub. 

Qarşılaşmanın 3-cü və 79-cu dəqiqələrində Karlos Tevez, 70-ci dəqiqəsində Alvaro Morata rəqib qapısına yol tapıblar. “Yuventus” doğma meydanda rəqib “Borussiya”nı 2:1 hesabı ilə məğlub etmişdi. Hər iki oyunun nəticəsinə görə 5:1 hesabı ilə qalib gələn “Yuventus” çətinlik çəkmədən növbəti mərhələyə çıxa bilib.

Son xəbərlər

Orphus sistemi