Yuxarı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib

​UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub. Azərbaycan çempionu “Qarabağ”ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kipr APOEL-i Hollandiya təmsilçisi “Ayaksı qəbul edib. Görüş qolsuz yekunlaşıb.

Digər oyunlara gəldikdə, Belçika "Brügge"si Avstriyada LASK-ı, Çexiya "Slaviya"sı isə Rumıniyada ÇFR-i məğlub edib.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. LASK (Avstriya) – “Brügge” (Belçika) - 0:1

Qol: Hans Vanaken, 10

23:00. APOEL (Kipr) – “Ayaks” (Hollandiya) - 0:0

Qırmızı vərəqə: Nusser Mazraui, 80 ("Ayaks")

23:00. ÇFR (Rumıniya) – “Slaviya” (Çexiya) - 0:1

Qol: Lukaş Masopust, 28

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi