UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı 10 qolunu seçib - VİDEO

UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı 10 qolunu seçib - VİDEO Birinci yeri Mario Mancukiçin finalda "Real"a vurduğu qol tutub
Futbol
6 İyun , 2017 07:48
UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı 10 qolunu seçib - VİDEO

Bakı. 6 iyun. REPORT.AZ/ UEFA-nın sıralarında Deyan Stankoviç, Aleks Ferqyüson və İoann Lupesku kimi mütəxəssilərin də yer aldığı texniki müşahidəçilər komandası Çempionlar Liqasında 2016/17-ci illər mövsümünün ən yaxşı 10 qolunu seçib.

"Report" xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Reytinqdə birinci yerə "Yuventus"un xorvat hücumçusu Mario Mancukiçin finalda "Real"ın qapısına aşırma zərbə ilə vurduğu qol layiq görülüb.

10 ən yaxşı qolun tam siyahısı:

1. Mario Mancukiç ( "Yuventus" - "Real"),

2. Karlos Kazemiro ( "Real" - "Napoli"),

3. Tomas Deleyni ( "Kopenhagen" - "Brügge"),

4. Aryen Robben ( "Bavariya" - "Arsenal"),

5. Qonsalo İquain ( "Monako" - "Yuventus"),

6. Məsut Ozil ( "Ludoqorets" - "Arsenal"),

7. Qrizmann ( "Atletiko" - "Rostov"),

8. Dani Alveş ( "Yuventus" - "Monako"),

9. Kriştianu Ronaldu ( "Real" - "Sportinq"),

10. Aleksis Sançes ( "Arsenal" - "Ludoqorets").

Son xəbərlər

Orphus sistemi