UEFA Çempionlar Liqasında mövqelər üzrə ən yaxşı seçilməyə namizəd futbolçuların adlarını açıqlayıb - SİYAHI

UEFA Çempionlar Liqasında mövqelər üzrə ən yaxşı seçilməyə namizəd futbolçuların adlarını açıqlayıb - SİYAHI Ən yaxşı forvard adına Lionel Messi, Kriştianu Ronaldu və Paulo Dibala iddia edirlər
Futbol
4 Avqust , 2017 14:22
UEFA Çempionlar Liqasında mövqelər üzrə ən yaxşı seçilməyə namizəd futbolçuların adlarını açıqlayıb - SİYAHI

Bakı. 4 avqust. REPORT.AZ/ UEFA futbol üzrə 2016/2017 mövsümündə Çempionlar Liqasında çıxış etmiş ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyaları üzrə namizədlərin adlarını açıqlayıb.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən yaxşı forvard adına Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu (“Real Madrid”) və Paulo Dibala (“Yuventus”) iddia edirlər. Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”) və Yan Oblak (“Atleiko”) ən yaxşı qapıçı, Leonardo Bonuççi (“Yuventus”), Marselo və Serxio Ramos (hər ikisi “Real Madrid”) isə ən yaxşı müdafiəçi adına namizəd göstəriliblər.

Ən yaxşı yarımmüdafiəçi isə Kazemiro, Toni Kroos və Luka Modriç (hamısı “Real Madrid”) “üçlüy”ündən biri olacaq.

Qeyd edək ki, qaliblərin adı 24 avqustda Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşatma mərasimi zamanı açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi