Yuxarı

UEFA Çempionlar Liqasında 1/8 finalın növbəti 2 oyunu keçirilib - VİDEO

UEFA Çempionlar Liqasında 1/8 finalın növbəti 2 oyunu keçirilib - VİDEO
Bu gecə baş tutan qarşılaşmalarda qapılara 14 top vurulub

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti 2 oyunu keçirilib.

"Report" xəbər verir ki, Almaniya və İngiltərədə baş tutan matçlar zamanı azarkeşlər 14 qolun şahidi olublar.

İspaniyanın "Atletiko Madrid” klubu Almaniyanın "Bayer Leverkuzen” kollektivini səfərdə 4:2 hesabı ilə məğlub etməklə cütün taleyinə demək olar ki, aydınlıq gətirib.

Mançester şəhərində baş tutan qarşılaşmada isə meydan sahibləri əzmkarlıq göstəriblər. Oyunda hesabı ilk olaraq açan "Mançester Siti” daha sonra 2 qol buraxaq məğlub duruma düşüb. Ancaq özündə güc tapan Xosep Qvardiolanın yetirmələri inanılmaz əzmkarlıq göstəriblər və 24 dəqiqəyə 4 qol vuraraq qələbəni bayram ediblər.

Komandaların bombardirləri olan Serxio Aquero və Radamel Falkao dubl edib. Sonuncu oyun zamanı bir penaltini qaçırıb.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

23:45 "Bayer” (Almaniya) – "Atletiko” (İspaniya) - 2:4

Qollar: Kərim Bellarabi, 49, Stefan Saviç, 68 - Saul Niguez, 17, Antuan Qrizmann, 26, Kevin Qameyro, 58-pen, Fernando Torres, 86

Baş hakim: Uillyam Kollum (Şotlandiya)

Leverkuzen. "BayArena”


23:45 "Mançester Siti” (İngiltərə) – "Monako” (Fransa) - 5:3

Qollar: Rahim Sterlinq, 26, Serxio Aquero, 58, 71, Con Stons, 77, Leroy Sane, 83 - Radamel Falkao, 32, 61, Kilian Mbappe, 40

50-ci dəqiqədə Radamel Falkao penaltidən istifadə edə bilməyib (qapıçı).

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Mançester. "City of Manchester”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi