​UEFA Cavid Hüseynov məsələsinə sabah baxacaq

​UEFA Cavid Hüseynov məsələsinə sabah baxacaq "Qəbələ"nin kapitanı "Apollon"la cavab görüşünü buraxa bilər
Futbol
4 Avqust , 2015 11:27
​UEFA Cavid Hüseynov məsələsinə sabah baxacaq

Bakı. 4 avqust. REPORT.AZ/ UEFA Kipr "Apollun"unun "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovla bağlı etdiyi şikayətə sabah baxacaq. "Report"un məlumatına görə, bu barədə "sigmalive" nəşri xəbər yayıb. 

Xəbərdə "Apollon"un Hüseynovun "layiqli cəzasını alacağına" ümid etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi cəzalanacağı təqdirdə, avqustun 6-da keçiriləcək cavab görüşünü buraxmalı olacaq.   

Qeyd edək ki, Cavid Hüseynov iyulun 30-da Limassoldakı "Antonis Papadopulos" stadionunda keçirilmiş ilk görüşün uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirdikdən sonra "Apollon" azarkeşlərinə qeyri-etik jest edib. "Qəbələ"nin kapitanı "Report"a müsahibəsində bu addımı Azərbaycan bayrağının təhqir olunmasına cavab olaraq atdığını bildirib. Oyun 1:1 hesabı ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi