UEFA bu mövsüm Çempionlar Liqasında VAR sistemindən istifadə edəcəyini təsdiqləyib

UEFA bu mövsüm Çempionlar Liqasında VAR sistemindən istifadə edəcəyini təsdiqləyib Bütün xərclər Avropa futbol qurumunun vəsaiti hesabına bağlanılacaq
Futbol
3 Dekabr , 2018 16:50
UEFA bu mövsüm Çempionlar Liqasında VAR sistemindən istifadə edəcəyini təsdiqləyib

Bakı. 3 dekabr. REPORT.AZ/ UEFA bu mövsüm Çempionlar Liqasında (ÇL) videotəkrar sistemindən istifadə edəcək. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, VAR 1/8 final mərhələsindən tətbiq ediləcək.

Bu qərar uğurlu texnoloji sınaqdan və son bir neçə ay ərzində hakimlərin təlimindən sonra qəbul edilib. 2019-cu il fevralın 16-dan ÇL-də VAR sistemi tətbiq olunacaq.

UEFA onu da bəyan edib ki, qitəmiqyaslı turnirlərdə iştirak edən klublar VAR üçün pul ödəməyəcəklər. Bütün xərclər Avropa futbol qurumunun vəsaiti hesabına bağlanılacaq. 

Qeyd edək ki, UEFA daha öncə 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində videotəkrar sistemindən (VAR) istifadəyə icazə verib

Son xəbərlər

Orphus sistemi