UEFA "Başakşehir" klubunu cərimələdi

UEFA "Başakşehir" klubunu cərimələdi UEFA Türkiyənin Başakşehir klubunu 1 500 avro cərimələyib.
Futbol
31 Mart , 2020 21:29
UEFA Başakşehir klubunu cərimələdi

UEFA Türkiyənin "Başakşehir" klubunu 1 500 avro cərimələyib.

"Report"un məlumatına görə, buna İstanbul təmsilçisinin azarkeşlərinin Danimarka "Kopenhagen"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fişəng yandırmaları səbəb olub. Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də "Fatih Terim" stadionunda keçirilmiş matç "Başakşehir"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi