Yuxarı
    Bağlamaq

    UEFA "Barselona"nı 19 min avro məbləğində cərimələyib

    Buna Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub© Foto: "trimp3.ru"

    Bakı. 23 mart. REPORT.AZ/ UEFA İspaniyanın "Barselona" klubunu 19 min avro məbləğində cərimələyib.

    "Report"un məlumatına görə, buna Kataloniya komandasının Fransa PSJ-si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub.

    Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barsa"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s. - "Report") ittihamları irəli sürülüb.

    Bundan başqa İtaliya "Napoli"si 38 min avro cərimələnib. İspaniya "Real Madrid"inə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol klubunun azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq meydana kənar əşyalar atıblar. Habelə stadionda pilləkənlər tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi