​UEFA "Barselona" klubunu 150 min avro cərimələyib

​UEFA "Barselona" klubunu 150 min avro cərimələyib Buna azarkeşlərin Kataloniya bayrağını nümayiş etdirməsi səbəb olub
Futbol
4 İyun , 2016 06:57
​UEFA Barselona klubunu 150 min avro cərimələyib

Bakı. 4 iyun. REPORT.AZ/ UEFA İspaniyanın "Barselona" klubunu azarkeşlər tərəfindən bu mövsüm Çempionlar Liqası oyunlarında Kataloniya separatçılarının qeyri-rəsmi bayrağı olan estelladanın nümayiş etdirilməsinə görə cərimələyib.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

"Barselona" 150 min avro cərimə olunub. Bu məbləğin 50 min avrosu şərtidir. Bu kimi insidentlər növbəti iki il ərzində təkrarlanmayacağı təqdirdə, bu məbləğ kluba qaytarılacaq.

Futbol klubu UEFA-nın bu qərarı ilə razı deyil və onu şikayət etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi