UEFA "Barselona" klubuna intizam işi açıb

UEFA "Barselona" klubuna intizam işi açıb Buna səbəb klub azarkeşlərinin stadiona bəzi əşyalar atmasıdır
Futbol
6 Aprel , 2018 20:08
UEFA Barselona klubuna intizam işi açıb

Bakı. 6 aprel. REPORT.AZ/ UEFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubuna qarşı intizam işi açıb.

"Report"un məlumatına görə, buna səbəb klub azarkeşlərinin stadiona bəzi əşyalar atmasıdır. 

Hadisə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Roma"nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda baş verib.

Qeyd edək ki, UEFA İngiltərənin "Liverpul" klubuna qarşı da intizam işi açıb. Hər iki məsələyə mayın 31-i baxılacaq.  

Son xəbərlər

Orphus sistemi