Yuxarı

UEFA azərbaycanlı hakimlərə yeni təyinatlar verib

Rəhim Həsənov Gənclər Liqasının, Orxan Məmmədovla Yaşar Abbasov isə Avropa çempionatının oyunlarını idarə edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ UEFA Azərbaycanın FIFA dərəcəli hakimlərinə yeni təyinatlar verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəhim Həsənov Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. 

Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər. Oyun oktyabrın 21-də Tbilisidə baş tutacaq. 

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi