Yuxarı

​UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verib

O, final mərhələsində iş başında olacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Məmmədov futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunlarında hakim-inspektor vəzifəsini icra edəcək.

O, aprelin 22-də keçiriləcək "Uqra" (Rusiya) – "Benfika" (Portuqaliya) və "Peskara" (İtaliya) – "İnter" (İspaniya) oyunlarında iş başında olacaq.

3-cü yer uğrunda oyun və final qarşılaşması aprelin 24-də təşkil olunacaq.

Turinirin final mərhələsinə İspaniyanın Qvadalaxara şəhəri ev sahibliyi edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi