UEFA azərbaycanlı futbol hakimlərinin mövqeyində dəyişiklik etməyib

UEFA azərbaycanlı futbol hakimlərinin mövqeyində dəyişiklik etməyib "Fənərbağça" və "Anderlext" əleyhinə kobud səhvlər buraxmış hakimlər cəzalandırılıb
Futbol
11 İyun , 2016 15:24
UEFA azərbaycanlı futbol hakimlərinin mövqeyində dəyişiklik etməyib

Bakı. 11 iyun. REPORT.AZ/ UEFA Hakimlər Komitəsi 2016-2017 mövsümünün ilk yarısı üçün referilər siyahısını yeniləyib. "Report"un məlumatına görə, Azərbaycan hakimləri siyahıda əvvəlki mövqelərində qalıblar.

Əliyar Ağayev yenə ikinci, Rəhim Həsənovla Orxan Məmmədov isə üçüncü qrupda qaərarlaşıblar.

Ən ciddi dəyişiklik xorvatiyalı İvan Bebeklə bağlı olub. Bebek elit-qrupda cəmi bir il qala bilib. O, Portuqaliyada "Braqa" ilə Türkiyənin "Fənərbağça" komandaları arasında martın 17-də keçirilmiş Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə qonaq komanda əleyhinə kobud səhvlərə yol verib. Həmin qarşılaşmada "Fənərbağça"nın qapısına penalti təyin edilib, komandanın 3 futbolçusuna qırmızı vərəqə göstərilib. Ötənlərin məşhur referisi Pyerluici Kollinanın rəhbərlik etdiyi komitə Bebeki karyerasında ikinci dəfə birinci qrupa endirib.

Vurulan digər referi isə şimali irlandiyalı Arnold Hanter olub. O, Avroliqanın 1/16 final mərhələsində Belçika "Anderlext"i ilə cavab görüşündə Yunanıstan "Olimpiakos"unun xeyrinə kobud səhvlər edib. "Anderlext"in əlavə vaxtda qalib gəldiyi görüşdən sonra UEFA danışılmış oyun şübhəsi ilə araşdırmalara başlayıb. Hanter birinci qrupdan ikinciyə salınıb.  

Qeyd edək ki, ötən mövsüm Əliyar Ağayev Avropa Liqasında qrup mərhələsinin "Rapid" (Vyana, Avstriya) - "Dunamo" (Minsk, Belarus) matçını idarə edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 

Son xəbərlər

Orphus sistemi