UEFA Azərbaycanın dörd klubunun hesabına maliyyə vəsaiti köçürüb

UEFA Azərbaycanın dörd klubunun hesabına maliyyə vəsaiti köçürüb Bakı. 8 yanvar. REPORT.AZ/ UEFA Çempionlar və Avropa liqalarının 2016-2017-ci il mövsümündə “Fair Play” qaydalarının pozulması nəticəsində tətbiq edilən cərimə sanksiyalarından toplanan vəsait digər klublar arasında bölüşdürülüb.
Futbol
8 Yanvar , 2018 20:21
UEFA Azərbaycanın dörd klubunun hesabına maliyyə vəsaiti köçürüb

Bakı. 8 yanvar. REPORT.AZ/ UEFA Çempionlar və Avropa liqalarının 2016-2017-ci il mövsümündə “Fair Play” qaydalarının pozulması nəticəsində tətbiq edilən cərimə sanksiyalarından toplanan vəsait digər klublar arasında bölüşdürülüb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, vəsaitin bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.

UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan klublarının hesabına müvafiq qaydada köçürülüb. Beləliklə, “Qarabağ” və “Qəbələ” klublarının hər biri 78 min 300 avro, “Neftçi” və “Kəpəz” isə hərəyə 8540 avro əldə ediblər. 

Son xəbərlər

Orphus sistemi