UEFA Azərbaycanın 4 klubuna 2 milyon 420 min avro ödəyib

UEFA Azərbaycanın 4 klubuna 2 milyon 420 min avro ödəyib Azərbaycan klubları 2019/2020 mövsümündə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün nəzərdə tutulan həmrəylik ödənişlərini alıblar.
Futbol
15 Oktyabr , 2019 14:18
UEFA Azərbaycanın 4 klubuna 2 milyon 420 min avro ödəyib

Azərbaycan klubları 2019/2020 mövsümündə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün nəzərdə tutulan həmrəylik ödənişlərini alıblar.

"Report"un məlumatına görə, UEFA sözügedən vəsaiti AFFA-nın vasitəsi ilə klublara ödəyib. Avropa futbol qurumu Çempionlar Liqasında iştiraka görə "Qarabağ"a 1 milyon 140 min avro ödəyib.

Qurum Avropa Liqasında iştirak edə komandalardan "Neftçi"yə 780 min, "Qəbələ"yə 260 min, "Səbail"ə isə 240 min avro verib.

Qeyd edək ki, Azərbaycan klublarından yalnız "Qarabağ" avrokubokda mübarizəni davam etdirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının qrup mərhələsində yer alıb. 

Son xəbərlər

Orphus sistemi