UEFA Azərbaycanda çıxış etmiş futbolçunu 10 oyunluq cəzalandırıb

UEFA Azərbaycanda çıxış etmiş futbolçunu 10 oyunluq cəzalandırıb UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Latviyanın “Ventspils” klubunun futbolçusu Konstantin Maxnovskini 10 oyunluq cəzalandırıb.
Futbol
12 Avqust , 2019 13:36
UEFA Azərbaycanda çıxış etmiş futbolçunu 10 oyunluq cəzalandırıb

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Latviyanın “Ventspils” klubunun futbolçusu Konstantin Maxnovskini 10 oyunluq cəzalandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı ukraynalı qapıçının Avropa Liqasının II təsnifat mərhələsində Maltada “Qzira Yunayted”lə matçın 90+4-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra irqçi davranışa yol verməsidir.

Maltadakı oyun 2:2 hesabı ilə yekunlaşdığı üçün evdə 4 cavabsız qolla qalib gələn “Ventspils” mərhələ adlayıb. Litva təmsilçisi III raundun doğma meydanda baş tutan ilk qarşılaşmasında Portuqaliya təmsilçisi “Vitoriya”ya uduzub – 0:3.

Qeyd edək ki, Maxnovski 2015-ci ildə “Rəvan”da çıxış edib.

Son xəbərlər

Orphus sistemi