​UEFA: "Azərbaycan-Ermənistan təcrübəsi Kosovo və Serbiya futbol yığmalarına qarşı da tətbiq oluna bilər"

​UEFA: "Azərbaycan-Ermənistan təcrübəsi Kosovo və Serbiya futbol yığmalarına qarşı da tətbiq oluna bilər" Teodoridis: "Zərurət yaranacağı təqdirdə bu barədə tədbir görüləcək"
Futbol
15 May , 2016 20:21
​UEFA: Azərbaycan-Ermənistan təcrübəsi Kosovo və Serbiya futbol yığmalarına qarşı da tətbiq oluna bilər

Bakı. 15 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Ermənistan milli komandaları arasında həyata keçirilən təcrübə, Serbiya və Kosovo milliləri arasında da tətbiq oluna bilər.

"Report" xəbər verir ki, bunu UEFA-nın müvəqqəti baş katibi Teodor Teodoridis bildirib.

Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə Serbiya və Kosovo komandaları barədə tədbir görüləcək.

"Bizdə belə təcrübələr tez-tez olur. Milli yığma turnirlərinin püşkatmaları elə keçirilir ki, Ermənistan və Azərbaycan bir qrupda oynamasınlar, hazırda eyni şey Ukrayna və Rusiya arasında tətbiq olunur. Zərurət yaranacağı təqdirdə müvafiq komitə müvafiq tədbirlər görəcək", - deyə Teodoridis jurnalistlərə bildirib.

Son xəbərlər

Orphus sistemi