UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahını açıqlayıb - SİYAHI

UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahını açıqlayıb - SİYAHI UEFA 2014-2015-ci il mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizəd olan 10 nəfərlik qısa siyahını açıqlayıb
Futbol
15 İyul , 2015 21:31
UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahını açıqlayıb - SİYAHI

Bakı. 15 iyul. REPORT.AZ/ UEFA 2014-2015-ci il mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizəd olan 10 nəfərlik qısa siyahını açıqlayıb. "Report"un məlumatına görə, ilkin siyahıdan həlledici mərhələyə keçə bilməyən futbolçular arasında İspaniya "Barselona"sının türkiyəli yeni transferi Arda Turan da var.

Əvvəlki illərdə olduğu kimi, Avropanın 54 milli federasiyası 5 ən güclü saydıqları futbolçunu müəyyənləşdirərək, UEFA-ya göndərəcəklər. Onlara 5 xaldan 1 xaladək səs hesablanacaq. 3 nəfərlik finalçı avqustun 12-də, qalibin adı isə avqustun 28-də açıqlanacaq.

Əvvəllər bu ada Lionel Messi (2011), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştianu Ronaldu (2014) layiq görülüb.

10 namizəd bunlardır:

1. Canluici Buffon ("Yuventus", İtaliya)

2. Eden Azar ("Çelsi", Belçika)

3. Lionel Messi ("Barselona", Argentina)

4. Neymar ("Barselona", Braziliya)

5. Pol Poqba ("Yuventus", Fransa)

6. Andrea Pirlo ("Yuventus", İtaliya - "Nyu-York Siti")

7. Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya)

8. Luis Suares ("Barselona", Uruquay)

9. Karlos Teves ("Yuventus", Argentina - "Boka Xuniors")

10. Arturo Vidal ("Yuventus", Çili)

Son xəbərlər

Orphus sistemi